...

Aşdod meriyası xalqımızı Zəfər Günü ilə təbrik edib

10.11.2021

İsrailin Aşdod şəhər meriyası 8 noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edib.

Aşdod şəhər merinin müavini Eli Naxt Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirib ki, bu şəhərdə məskunlaşan Azərbaycan diasporu adından böyük məmnuniyyətlə möhtəşəm bayram münasibətilə ürək sözlərini xalqımıza ifadə edir.

“Bu şücaət qələbəyə inamla döyüşə yollanan Azərbaycan əsgərinin сəsarət və qəhrəmanlığının rəmzinə çevrilib. Bu gün Azərbaycan ölkəmizin ən yaxşı tərəfdaşlarından biridir. Çox şadam ki, Azərbaycandan gələnlər İsraildə məskunlaşmaqla bizim cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevriliblər. Qürur duyuram ki, Aşdod şəhərində Azərbaycanı təmsil edən belə güclü və inkişaf etmiş icma var. Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıram”, - deyə E.Naxt qeyd edib.