...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyənin Nyu-Yorkdakı baş konsulluğunda olub

10.11.2021

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Nyu-Yorkdakı baş konsulluğunda olub.

Baş konsul Reyhan Özgür 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, bu şanlı qələbənin regionda sülh və sabitliyə böyük töhfə olduğunu vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Dövlət Komitəsinin sədri 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana böyük dəstəyinin önəmini qeyd edib, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən layiqincə həyata keçirildiyini bildirib.

ABŞ-dakı Azərbaycan və Türkiyə icmalarının fəallarının qatıldığı görüşdə erməni yalanlarına qarşı mübarizədə Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsinin, iş adamlarının diaspor fəaliyyətinə cəlb olunmasının vacibliyi vurğulanıb, gələn ilin birgə fəaliyyət planı müzakirə olunub.