...

İsraildəki “Azİz” təşkilatı xalqımızı təbrik edib

09.11.2021

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 8 noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda qeyd edib ki, bu qələbə xalqın həmrəyliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev başda olmaqla respublika rəhbərliyinin müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olub.

“Bu Qələbə azərbaycanlıları qalib xalqa, Azərbaycanı isə döyüş meydanında ədalətli mübarizə nəticəsində öz ərazi bütövlüyünü bərpa edən qalib ölkəyə çevirdi. Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıram! Yaşasın Azərbaycan!” – deyə L.Spivak vurğulayıb.