Norveçin Stavanger şəhərində “Xarı bülbül” konserti təşkil edilib
Norveçin Stavanger şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül” konserti keçirilib.
Xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik edən azərbaycanlı musiqiçi Ülvi Həsənli (skripka) bolqarıstanlı həmkarı Kiril Kutinlə (piano) birgə konsertə Azərbaycanın Dövlət Himnini ifa etməklə başlayıb. Azərbaycan icmasının üzvləri üçün nəzərdə tutulmuş Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.
“Xaricdə yaşayan azərbaycanlı olaraq belə günlərdə həmrəy olmağımız bizi hər zaman sevindirir”, - deyə Ü.Həsənli konsertdən sonra təəssüratını bölüşüb.
Qeyd edək ki, Ülvi Həsənli hazırda Stavanger şəhərində yaşayır.