...

Norveç, Azərbaycan və Belçika məktəbliləri Zəfər Gününü qeyd ediblər

09.11.2021

Norveç, Azərbaycan və Belçika məktəblilərinin 8 noyabr – Zəfər Gününə həsr olunmuş birgə vurtual tədbiri keçirilib.

Tədbir Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin koordinatoru Günay Əliyevanın və Bakı şəhərinin 220 saylı məktəb-liseyinin müəllimi Xanım Qasımovanın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə 220 saylı məktəb-liseyin direktoru Lətifə Əzimova, Azərbayvanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, 220 saylı məktəb-liseyin məktəbin şəhid məzunu Alı Həsənlinin bacısı Fidan Həsənli, Yevlax rayonu Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva çıxış ediblər. Onlar xalqımızı böyük bayram münasibətilə təbrik edib, yüksək vətənpərvərlik ruhuna malik olan qəhrəman şəhidlərimizin torpaqlarımızı erməni işğalından azad etmək arzusunun gerçəkləşdiyini nəzərə çatdırıblar.

Tədbir şagirdlərin ifasında Zəfər Gününə həsr olunmuş şeirlərin və mahnıların səsləndirilməsi, rəsm əsərlərinin nümayiş etdirilməsi ilə yekunlaşıb.