...

Yaponiyanın “YouTube” kanalında Zəfər Gününə həsr olunmuş veriliş yayımlanıb

09.11.2021

Yaponiyanın “YouTube” kanalında Azərbaycanın Zəfər Gününə həsr olunmuş veriliş yayımlanıb.

“Sərhədləri aşanlar 3.0” kanalında qonaq olan Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və Mərkəzin fəal üzvlərindən olan AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Ağayev ötən il sentyabrın 27-də başlanan və möhtəşəm Qələbə ilə başa çatan Vətən müharibəsi haqqında məlumat veriblər. Söhbət zamanı həmvətənlərimiz Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarının 44 gün ərzində azad edilməsi, bu ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat veriblər.

Veriliş zamanı Vətən müharibəsinin gedişinə, ermənilərin törətdikləri vandalizm aktlarına, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə dair fotolar nümayiş etdirilib.