Ottavada “Qarabağ” Azərbaycan dili məktəbinin novbəti dərsi Zəfər Gününə həsr edilib
Kanadanın paytaxtı Ottava səhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin novbəti dərsi 8 Noyabr - Zəfər Gününə həsr edilib.
Bayram tədbiri Azərbaycanın Dövlət Himni ilə açılıb, vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin təlimatçıları tərəfindən şagirdlərə Zəfərə gedən yoldan, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan əsgərlərinin şücaətindən, Azərbaycan xalqının əzmkarlıq və birliyindən bəhs edilib.
Fərəh hissi ilə səslənən şeir və mahnılar vətəndən kənarda böyüyən azərbaycanlı uşaqların Azərbaycana olan məhəbbət hissini nümayiş etdirib.