Stokholmda Zəfər Günü münasibətilə aksiya keçirilib
İsveçin paytaxtı Stokholm şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatın əks olunduğu avtomobil Stokholm şəhərinin mərkəzi küçələrində hərəkət edib.
Azərbaycanın xəritəsinin, azadlığına qovuşmuş torpaqlarımızın təsviri fonunda təqdim edilmiş məlumatda “8 Noyabr – Azərbaycanın Zəfər Günü” ifadəsi və “Qarabağ Azərbaycandır!” şüarı yazılıb.