...

Berlində Brandenburq qapıları önündə “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olunub

07.11.2021

Berlin şəhərindəki Brandenburq qapıları önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı fotosərgi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbir zamanı soydaşlarımız Azərbaycanın böyük ölçülü dövlət bayrağını coşqu ilə dalğalandırıblar. Meydanda azad edilmiş torpaqlarımızda Ermənistanın törətdiyi vandalizm aktlarını sübut edən fotomateriallar nümayiş etdirilib.

Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər diaspor fəalları Ermənistanın xalqımıza qarşı apardığı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti, ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə apardığı Vətən müharibəsində qazanılan parlaq qələbə barədə yerli sakinlərə ətraflı məlumat veriblər.