Ankarada “Bu Zəfər hamımızın ortaq Zəfəri” adlı tədbir keçirilib
“II Qarabağ savaşında Azərbaycan xalqı və dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək böyük Zəfərə imza atdı”.
Bu fikirlər Türkiyənin paytaxtı Ankara şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan mədəniyyətini beynəlxalq arenada təmsil etmək məqsədilə yaradılan ANKA Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən “Bu Zəfər hamımızın ortaq Zəfəri” adlı tədbirdə səsləndirilib.
Ankarada fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, siyasi qurumların nümayəndələrinin, qardaş ölkədə yaşayan və çalışan ziyalıların, həmçinin tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, yazıçı-jurnalist Oktay Hacımusalı açıb və ölkəmizdə multikultralizm ənənələrinin çoxəsrlik tarixə malik olduğunu bildirib.
ANKA Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin sədri, araşdırmaçı yazar Dərya Akdəmir 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində özünü azərbaycanlı və türk hesab edən hər kəs canı-qanı ilə Vətəninin yanında olub, ürəyi Zəfər həyəcanı ilə döyünüb.
Çıxışçılar Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyindən bəhs edib, bu qardaşlığın II Qarabağ müharibəsində qazanılan Zəfər sayəsində daha da möhkəmləndiyini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.