...

Venesiyada Zəfər Günü ilə bağlı sərgi təşkil olunub

07.11.2021

İtaliyanın Venesiya şəhərində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağ informasiya sərgisi” layihəsi həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub. Sərgi şəhərin izdihamlı məkanı hesab edilən Santa Luçia dəmir yolu stansiyasının qarşısında baş tutub.

Sərgi şəhər sakinlərində böyük maraq doğurub.