...

Yöteborq şəhərində Zəfər Gününə həsr olunmuş aksiya təşkil edilib

07.11.2021

İsveçin Yöteborq şəhərində 8 noyabr – Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatın əks olunduğu avtomobilin Yöteborq şəhərinin mərkəzi küçələrində hərəkəti təmin olunub.

Ölkəmizin azad edilmiş torpaqlarının təsviri fonunda təqdim edilmiş məlumatda 8 Noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsinə diqqət cəlb edilib, “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.