...

Zəfər Günü Şimali Kiprdə qeyd edilib

07.11.2021

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə Şimali Kipr Türk Respublikasının Girnə şəhərində təntənəli tədbir keçirilib.

Tədbir Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu qonaqları Zəfər Günü münasibətilə təbrik edib, bu günün Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu, Azərbaycanın haqlı mübarizəsinin şanlı Zəfərlə yekunlaşdığını bildirib.

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycanın ədalətli mübarizəsini hər zaman dəstəklədiklərini bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlahə Ələkbərova da çıxış edib.