...

Berlin Azərbaycan Evində “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda dərs təşkil edilib

02.11.2021

Berlin Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən "Ana dilimizi sevək" kursunun ilk dərsi 8 Noyabr – Zəfər Gününə həsr edilib.

“Zəfərin mübarək, Azərbaycan!” mövzusunda keçirilən dərsdə şagird və valideynlər, dilimizə maraq göstərən almanlar və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvləri iştirak ediblər. Dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Alyansın idarə heyətinin üzvləri şagirdləri və valideynləri xalqımızın böyük bayramı münasibətilə təbrik ediblər. Sonra şagirdlərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızın erməni işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması naminə apardığı 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilib.

Dərs zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Şagirdlər bayram münasibətilə rəsmlər çəkiblər.