Niderland jurnalında azərbaycanlı jurnalistin filmi haqqında məqalə dərc edilib
Niderlandın “FOR YOU” jurnalında Şuşaya həsr olunmuş “28” adlı sənədli filmdən bəhs edən “İtirilmiş uşaqlıq” sərlövhəli məqalə dərc olunub.
Məqalədə filmin müəllifi, “REAL TV”nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızının ərsəyə gətirdiyi ekran əsəri barədə ətraflı məlumat verilib. Bildirilib ki, filmin qəhrəmanı 12 yaşlı qızdır. Filmdə uşağın I Qarabağ müharibəsinin başlanması və Şuşanın işğalı nəticəsində doğma şəhərindən qovulmasına, 28 il sonra yenidən Şuşaya qayıtmasına və bu şəhərdə qalmış uşaqlığına qovuşmasına diqqət cəlb edilib.
Məqalə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə dərc edilib.