...

Ukrayna Azərbaycanlıları Radasında “Ze! Molodyojka” təşkilatının və YAP Gənclər Birliyinin rəhbərliyi ilə görüş keçirilib

01.11.2021

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki mərkəzi ofisində “Ze! Molodyojka” və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndələri ilə görüş keçirilib.

Qonaqları salamlayan UAR həmsədri Oleq Krapivin, baş katibi Ceyhun Məmmədov, aparat rəhbəri Elşad İbrahimov və gənclər departamentinin rəhbəri Mömünəxanım Səttarova diaspor fəaliyyətində gənclər siyasətinin önəmi, azərbaycanlı gənclərin beynəlxalq tədbirlərdə Ukraynanı ləyaqətlə təmsil etməsi, gənclərin siyasi arenada fəal olması, xaricdə təhsil alan gənclərin Ukraynaya geri dönmələri üçün əlverişli şərait yaradılmasının vacibliyi barədə fikirlərini səsləndiriblər.

“ZE! Molodyojka”nın lideri, millət vəkili Aleksandır Sançenko və beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya YAP Gənclər Birliyi və UAR-la qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, azərbaycanlı gənclərin uğurlarını diqqətlə izləyirlər və siyasi səhnədə azərbaycanlı gənclərin daha fəal olması Ukrayna siyasəti üçün də önəmlidir. Ukrayna Ali Radasının qəbul etdiyi yeni qanunun gənclər üçün əlavə prespektivlər vəd etdiyinə diqqət cəlb edilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Ze!Molodyojka” ilə birgə əməkdaşlıq haqqlnda memarandum imzaladıqlarını, ukraynalı həmkarlarını Bakıya dəvət etdiklərini nəzərə çatdırıb.

Tədbirin sonunda qonaqlar Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar UAR-ın mərkəzi ofisində təşkil olunan "Qarabağda Urbisid" adlı fotosərgi ilə tanış olublar.