Tartu şəhərində azərbaycanlı gənclərlə görüş təşkil edilib
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində Tartu şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclərlə görüşü keçirilib.
Tədbir zamanı ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev, Tallin Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı çıxış ediblər və sözügedən təşkilatların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Onlar gəncləri innovativ ideyalarını həyata keçirmək istiqamətində ADDF ilə əməkdaşlığa dəvət ediblər. ADDF-nin əməkdaşı Xıdır Kazımov fondun saytında qeydiyyatdan keçmək, layihələri təqdim etmək qaydalarını görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması, təklif və ideyaların səsləndirilməsi ilə yekunlaşıb.