...

Ukraynanın Kropivnitski şəhərində “Xarıbülbül” adlı tədbir təşkil edilib

23.10.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə Ukraynanın Kropivnitski şəhərində “Xarıbülbül” adlı tədbir keçirilib.

Kropivnitski şəhər meriyasının, yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov açıb. O, “Xarıbülbül” sözünün mənasının xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini, Qarabağda bitən bu çiçəyin ötənilki Vətən müharibəsinin rəmzinə çevrildiyi barədə ətraflı məlumat verib. Bildirib ki, noyabrın 8-də xalqımız böyük Zəfər Gününü qeyd etməyə hazırlaşır.

Daha sonra tədbirdə Kropivnitski şəhər meri Andrey Raykoviç və digər qonaqlar çıxış ediblər. Onlar ötən il Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini böyük tarixi hadisə adlandırıb, bu münasibətilə xalqımızı və diaspor nümayəndələrini təbrik ediblər.

Tədbir konsert proqramı ilə davam edib.