...

Marneulidə Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib

20.10.2021

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir Vətən Müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra GAİM-in icraçı direktoru Orxan Pirverdiyev Müstəqilliyinin Bərpası Günü münasibəti ilə soydaşlarımızı təbrik edib, müstəqilliyi qoruyub saxlamağın da ən qazanmaq qədər çətin olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Eldar Bayramov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov isə çıxışlarında Gürcüstan azərbaycanlılarının 44 günlük müharibə zamanı daim Azərbaycanın yanında olduqlarını, ölkəmizin yürütdüyü siyasəti dəstəklədiklərini bildiriblər.
Tədbirin ikinci hissəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı uşaqlar arasında keçirilmiş rəsm və inşa müsabiqələrinin qaliblərinə pul mükafatı və sertifikatlar təqdim olunub.