...

Yunanıstan mediasında Müstəqilliyin Bərpası Günündən bəhs edilib

20.10.2021

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş məqalə yayımlanıb.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə dövlətçilik tariximizin XX yüzillikdəki mərhələsinə nəzər salınıb. Bildirilib ki, ötən əsrdə iki dəfə müstəqilliyini əldə edən Azərbaycan öz suveren dövlətini qurmağı bacarıb. “Bu gün Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan dünyanın ən güclü ölkələrindən birinə çevrilib”, - deyə müəllif vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/18i-oktovriou-i-imera-apokatastasis-tis-anexartisias-tis-dimokratias-tou-azerbaitzan/