...

Avstraliyalı deputat soydaşlarımızı təbrik edib

15.10.2021

Avstraliyanın Yeni Cənubi Uels (NSW) bölgəsi parlamentinin deputatı, Parramantanın federal üzvü Culi Ouens bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasını 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə təbrik edib.

Avstraliya Azərbaycanlıları Assosiasiyasına ünvanladığı məktubda millət vəkili bildirib ki, bu tarixi hadisə ilə əlaqədar soydaşlarımızı təbrik etməkdən böyük şərəf və məmnunluq duyur. “Avstraliya üçün bu yubiley bizə bayramı cəmiyyətimizin həyatına töhfələr bəxş edən Azərbaycan icması ilə birlikdə qeyd etmək imkanı yaradır. Bayramınız mübarək!”, - deyə C.Ouens vurğulayıb.