...

İsveç mediasında Qarabağa həsr olunmuş kitab təqdimatından və Nobel qardaşlarının muzeyindən bəhs edilib

08.10.2021

İsveçin https://cawamedia.wordpress.com portalında Azərbaycandan bəhs edən xəbərlər yerləşdirilib.

"Bakı Kitab Mərkəzində Qarabağ haqqında kitab nəşri" sərlövhəli xəbərdə “Qarabağ dastanı. Оtuz ilin həsrəti – 44 günün Zəfəri” adlı kitabın təqdimat mərasimindən ətraflı məlumat verilib. Kitaba tanınmış yazıçıların, ədəbiyyatşünasların, ictimai və siyasi xadimlərin Qarabağın mədəniyyəti, təbiəti və ənənələri barədə məqalələrinin, eləcə də məşhir Azərbaycan şairlərinin Qarabağa həsr etdikləri şeirlərin daxil edildiyi nəzərə çatdırılıb. Təqdimat mərasimində Xalq yazıçıları Anar, Elçin, Çingiz Abdullayevin, Milli Məclisin deputatl Jalə Əliyevanın və başqalarının çıxış etdiyi bildirilib.

“Villa Petrolea” – Nobel Qardaşları Bakıda” sərlövhəli məlumatda isə Lüdviq və Robert Nobel qardaşlarının 1880-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyada ən iri “Branobel” neft şirkətini yaratdıqlarından və burada yaşamaq üçün “Villa Petrolea” mülkünü inşa etdiklərindən danışılıb. Bu mülkdə Nobellərin bir neçə nəslinin yaşadığı və doğulduğu, sovet dövründə dağılmış vəziyyətə düşən mülkün 2004-cü ildə Azərbaycanda təsis olunan Nobel İrsinin Bakı Fondu tərəfindən tamamilə bərpa olunduğu, 25 aprel 2008-ci il tarixində öz qapılarını muzey olaraq ziyarətçilərin üzünə açdığı, Nobel irsinin qorunması ilə bağlı xaricdə fəaliyyət göstərən ilk muzey olduğu nəzərə çatdırılıb.

“Cawa Media” əməkdaşları Bakıya səfər edən isveçliləri mütləq bu maraqlı muzeyi ziyarət etməyə çağırıblar.

Məlumatları ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://cawamedia.wordpress.com/2021/10/05/bookrelease-about-karabakh-at-baku-book-center/

https://cawamedia.wordpress.com/2021/10/07/villa-petrolea-nobel-brothers-in-baku/