...

Soydaşımız Nigeriyanın məşhur aparıcısının qonağı olub

07.10.2021

Nigeriyada yaşayan soydaşımız, “Azərbaycanın Dostları” təşkilatının prezidenti Billurə Bayramova bu ölkənin məşhur televiziya aparıcısı Gina Ehikodinin "Foodies&Spice" verilişinin qonağı olub.

Verilişdə milli mətbəximizdən, qədim tarixi və zəngin mədəniyyətimizdən danışılıb, Azərbaycan təamının sacda hazırlanma və süfrəyə təqdim olunma qaydaları nümayiş etdirilib. Milli yeməyimizi çox bəyənən nigeriyalı aparıcı Azərbaycan mətbəxinin nümunələrinə silsilə verilişlər həsr edəcəyini bildirib. Billurə xanım məhsulların adlarını doğma dilimizdə də tələffüz edərək, aparıcıya “Çox sağ olun”, Nuş olsun!” və sair ifadələrimizi öyrədib.

Sonda aparıcıya Azərbaycanın üçrəngli bayrağı, klassik musiqimizdən ibarət olan albom, Azərbaycan çayı, nar şərabı və “Karabakh” adlı çaxır hədiyyə edilib.

Qeyd edək ki, məşhur aparıcının "Foodies&Spice" verilişi şənbə günləri Nigeriyanın WAPTV, RAVE TV, TVC və s. telekanalları ilə də canlı yayımlanır.

Verilişi aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/62RilHKdyBo