İsveç mediası bu ölkənin media mənsublarının Bakıdakı görüşlərindən bəhs edib
İsveçin https://cawamedia.wordpress.com xəbər portalında bu ölkənin media nümayəndələrinin Bakıda dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirdiyi barədə məlumat verilib.
Xəbərdə deyilir ki, jurnalistlərin Azərbaycana səfəri İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyevin təşkilatçılığı ilə baş tutub. İsveçli jurnalistlərin Azərbaycana səfərinin 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümünə təsadüf etdiyi vurğulanıb. Media mənsubları dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlər zamanı azad edilmiş Azərbaycan torpaqlarında erməni işğalçılarının son 30 ildə törətdikləri mədəni və dini vandalizm faktları və ekoloji soyqırıma dair sənədlərlə tanış olublar.
Məlumatı daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://cawamedia.wordpress.com/2021/09/28/meetings-in-baku-azerbaijan/