...

İğdır şəhərində Anım Günü ilə əlaqədar tədbir təşkil edilib

04.10.2021

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və ölkəmizin Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə İğdır şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbiri keçirilib.

Anım mərasimində İğdır valisi Hüseyn Engin Sarıibrahim, İğdır vilayətinin polis rəisi Oğuzhan Yonca, jandarma alayı komandir müavini Nadir Demirkan və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndiriləndən sonra ölkələrimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən dualar oxunub.

Mərasimdə Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, İğdır Azərbaycan Evi Dərnəyinin prezidenti Serdar Ünsal, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun İğdır üzrə nümayəndəsi Elnur Salayev və başqaları çıxış ediblər.