...

İstanbuldakı Hüseyn Cavid adına məktəbdə şəhidlərimiz anılıb

04.10.2021

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin müəllim və şagirdləri 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçiriblər.

Anım mərasimi zamanı müəllim-şagird heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və müharibə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlərə ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində cəbhə xəttindən kənar şəhərlərdə həlak olan uşaqlar barədə ətraflı məlumat verilib. Qardaş Türkiyənin ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstək nəzərə çatdırılıb.

Tədbir şagirdlərin Azərbaycana və qəhrəman şəhidlərə həsr olunan şeirləri səsləndirmələri ilə yekunlaşıb.