...

London Universitet Kollecindəki sərgidə ölkəmiz təmsil olunub

03.10.2021

London Universitet Kollecində (University College London – UCL) fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə təhsil ocağında keçirilən “Welcome fair” sərgisində ölkəmiz təmsil edilib.

Cəmiyyətin sədri Abdulla Abdullazadənin və azərbaycanlı tələbələrin hazırladıqları Azərbaycan guşəsində üçrəngli bayrağımız, ölkəmizin qədim tarixinə, zəngin mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitablar, şəkillər və suvenirlər nümayiş etdirilib. Azərbaycan guşəsi ilə maraqlanan əcnəbi tələbələrə ölkəmiz haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, əsası 1826-cı ildə qoyulan və London Universiteti adlandırılan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur.