...

Roli şəhərində Anım Günü ilə bağlı mərasim təşkil edilib

03.10.2021

ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Amerika–Azərbaycan Dostluq Təşkilatının (AADT) təşəbbüsü ilə Roli şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AADT-nin rəhbəri Adika İqbal və Şaqas İqbalın təşkilatçılığı ilə baş tutan anım mərasimində Şimali Karolina ştatının Apeks şəhər meri Jacques Gilbert, Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları, NCPAA–Pakistanlı Amerika Anjuman–Şimali Karolina təşkilatının nümayəndələri, İsrailin Şimali Karolina üzrə koalisiyasının nümayəndəsi və prezidenti, xarici siyasət üzrə analitik və hüquq məsləhətçisi Hamdi Rifai, Şimali Karolina Universitetinin konfliktologiya fakültəsinin direktoru Əli Əsgərov, ABŞ-ın Şimali Karolina ştatı üzrə Nümayəndələr Palatasına seçkilərə namizəliyini irəli sürmüş Ramin Məmmədov, Azərbaycn icmasının üzvləri, Kaliforniya və Virciniya ştatlarında yaşayan diaspor nümayəndələri iştirak ediblər.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimi giriş sözü ilə açan Adika İqbal 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi, Azərbaycan tarixində xüsusi yer tutan bu günün ölkəmizdə Anım Günü kimi qeyd olunması barədə ətraflı məlumat verib.

Şimali Karolina ştatının Apeks şəhər meri Jacques Gilbert tədbirə dəvət olunduğu və Anım Günü ilə bağlı məlumatlandırıldığı üçün minnətdarlığını bildirib. Mer həmçinin qeyd edib ki, şəhər meriyası 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününü tanıması münasibətilə Bəyanat verib.