...

Cenevrə şəhərində Anım Gününə həsr edilmiş tədbir keçirilib

03.10.2021

İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri 27 sentyabr – Anım Günü ilə əlaqədar Cenevrə şəhərində keçirilmiş tədbirə qatılıblar.

Azərbaycanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində baş tutan tədbirdə İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə və digər diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Silahlı Qüvvələrimizin qazandığı parlaq Qələbəyə töhfələr bəxş edən igid şəhidlərimizin yaddaşlarda əbədi qalacaqlarını bildiriblər. Ali Baş Komandanımızın, şəhid və qazilərimizin Vətənə misilsiz xidmətlərinin ölkə tarixinə qızıl hərflərlə həkk olunduğu bir daha nəzərə çatdırılıb.