İstanbul valisi ilə soydaşlarımızın problemləri müzakirə edilib
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADF) rəsmilərinin İstanbul valisi Ali Yerlikaya ilə görüşü keçirilib.
Görüşdə federasiyanın sədri Ədalət Turan, sədr müavini Pərviz Məmmədzadə və Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım iştirak ediblər.
Görüş zamanı İstanbulda yaşayan soydaşlarımızın üzləşdiyi problemlərdən danışılıb, Azərbaycan icmasının daha da canlanması, Türkiyənin ictimai-siyasi və humanitar həyatında fəal iştirak etməsi üçün əlverişli şəraitin yaradılmasının vacib olduğuna diqqət cəlb edilib.
Azərbaycan icmasının qarşılaşdığı problemləri diqqətlə dinləyən vali onların həlli üçün müvafiq qurumlara göstəriş verib.
Qeyd edek ki, Türkiyədəki soydaşlarımızın bir qismi oturma izacəsi olmadan yaşadığı üçün xeyli çətinliklərlə qarşılaşır. Onların əsas hissəsi İstanbulun payına düşür. Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumları bu məsələnin həlli istiqamətində işlər görür. Diaspor təşkilatı olaraq TADF də problemin çözülməsi naminə addımlar atmaqdadır.