İtaliya mediasında azad edilmiş torpaqlarımızdan bəhs edilib
İtaliyanın https://electomagazine.it xəbər portalında Azərbaycanda Anım Gününün qeyd olunması barədə məqalə yayımlanıb.
Məqalənin müəllifi orada magistr təhsili alan azərbaycanlı gənc fəal Zərifə Qasımzadə İkinci Qarabağ savaşının başlanma səbəbi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan Ordusunu darmadağın edərək qazandığı qələbə barədə ətraflı məlumat verib. Məqalədə qeyd edilir ki, həm müharibə zamanı, həm də ondan sonra İtaliya dövləti Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkənin bir sıra bələdiyyələri Ermənistanın Azərbaycana qarşı soyqırımı və etnik təmizləmə siyasətini pisləyərək, xalqımızla həmrəylik nümayiş etdirib.
Məqalədə işğaldan azad edilmiş qədim Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də xüsusi vurğulanıb. Bununla yanaşı, yeni azad edilmiş ərazilərdə ekoloji baxımdan təmiz və müasir standartlara uyğun ağıllı şəhər və kəndlərin salınmasının, məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qaytarılmasının Azərbaycan üçün prioritet məsələ olduğu qeyd olunub.
Məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz:
https://electomagazine.it/azerbaijan-celebrates-memorial-day-in-2021/