...

Saloniki şəhərində Anım Günü qeyd edilib

30.09.2021

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Saloniki şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Evində baş tutan tədbirdə Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsulu Efe Ceylan, soydaşlarımız və türk icmasının üzvləri iştirak ediblər.

Anım mərasimi ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsini Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri adlandırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun keçdiyi şanlı döyüş yola bir daha nəzər salınıb. Xalqımızın və dünya azərbaycanlılarının öz liderinin ətrafında yumruq kimi sıx birləşməsi, Türkiyənin siyasi və mənəvi dəstəyi kimi mühüm amillər fəxarət hissi ilə vurğulanıb.

Tədbir çərçivəsində Vətən müharibəsini əks etdirən fotomateriallar nümayiş etdirilib.