...

Riqa şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib

30.09.2021

Latviyada fəaliyyət göstərən “Azəri” gənclər təşkilatının sədri Amil Səlimovun təşəbbüsü ilə Riqa şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Aksiya zamanı Azərbaycanın Latviyadakı Səfirliyi önündə anım güşəsi təşkil edilib. Bu məkanı ziyarət edən soydaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Amil Səlimov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi parlaq Qələbəyə misilsiz töhfələr bəxş etmiş şəhidlərimizin xatirəsinin unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Sonra şəhidlərimizin ruhuna dualar oxunub, Vətən müharibəsini və qəhrəmanlarımızı əks etdirən fotoların önünə güllər düzülüb və şamlar yandırılıb.

Bundan başqa, Amil Səlimovun təşəbbüsü ilə Riqa şəhərindəki bir neçə reklam lövhəsində Anım Gününə həsr edilmiş videoçarxlar yerləşdirilib.