...

Praqa şəhərində Anım Günü ilə əlaqədar tədbir təşkil edilib

29.09.2021

Çexiyada yaşayan Azərbaycan diasporunun gənc fəallarının təşəbbüsü və təşkilatçılığı ilə Praqa şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan azad etdiyini və parlaq qələbə qazanaraq tarixi ədaləti bərpa etdiyini, xalqımızın və dünya azərbaycanlılarının bu fədakarlığı heç zaman unutmayacaqlarını bildiriblər.

Tədbirdə şəhidlərin ruhuna dualar oxunub və ehsan verilib. Şəhidlərimizin adına Qurban kəsilib və digər millətlərdən olan ailələrə paylanıb.