...

Oslo şəhərində Vətən müharibəsi şəhidləri yad edilib

29.09.2021

Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə Oslo şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya təşkil edilib.

Şəhərin mərkəzində baş tutan aksiya zamanı Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Soydaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin fotolarını “Qarabağ Azərbaycandır!”, “Qəhrəmanlarımızın Anım Günü!”, “Şəhidlər Ölməz, Vətən bölünməz!” və sair şüarlarla nümayiş etdiriblər.

Tədbir yerli sakinlərin diqqətini cəlb edib.