...

İordaniyada Vətən müharibəsi şəhidləri yad edilib

29.09.2021

İordaniyanın Amman şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri 27 sentyabr – Anım gününə həsr olunmuş mərasimlərdə iştirak ediblər.

Ölkəmizin İordaniyadakı səfirliyində təşkil olunan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, anım guşəsinin önünə güllər düzülüb, şamlar yandırılıb.

İordaniyadakı Azərbaycan diasporu fəallarının təşkil etdikləri digər anım mərasimində də bu ölkədə yaşayan soydaşlarımız iştirak edib. Mərasimdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, ehsan verilib.