...

Roma şəhərindəki məscid və kilsədə şəhidlərimizin ruhuna dualar oxunub

29.09.2021

İtaliyada fəaliyyət göstərən Azərbaycan icmasının və ölkəmizin İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Roma şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasimlər keçirilib.

Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizin müxtəlif millətlərdən olduğunu nəzərə alan soydaşlarımız və diplomatlarımız anım mərasimlərinin məscid və kilsədə keçirilməsini qərara alıblar.

Mərasim zamanı şəhidlərimizin ruhuna dualar oxunub, ehsan verilib. Öz qanları ilə tarix yazan şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanıb.