...

Qətərdəki soydaşlarımız Anım Günü ilə bağlı bəyanat yayıblar

29.09.2021

Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib.

Qətərdəki dövlət qurumlarına və müxtəlif təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə cavab verib. 44 gün ərzində davam edən Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində işğal altında qalan Qarabağ bölgəsinin azad edildiyi, Ermənistanın onilliklər ərzində Azərbaycan torpaqlarında törətdiyi hərbi, ekoloji cinayətlərin, vandalizmin və qeyri-qanuni fəaliyyətlərinin üzə çıxdığı, hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə minalardan təmizlənmə prosesini həyata keçirdiyi, yenidənqurma və tikinti işlərinə başladığı nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq ictimaiyyət Azərbaycanın regionda davamlı sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməyə çağırıb.