London şəhərində Anım Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya–Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə London şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar məlumat xarakterli aksiya keçirilib.
Aksiya zamanı üzərində erməni işğalçılarının Qarabağda törətdikləri vandallığa dair fotolar, eləcə də "Azərbaycan müharibə tərəfdarı deyil", "Erməni işğalçılarının əsl siması", "Erməni reallıqları", "Ermənistanın mədəni irsə qarşı terroru- dağıdılmış rus-ortodoks kilsəsi" ifadələri əks olunan LED ekranlı yük avtomobilinin şəhər daxilində hərəkəti təmin edilib. Beləki, yerli ictimaiyyətin diqqətini erməni terroruna cəlb etmək məqsədi ilə yük avtomobili səhər saat 10:00-dan axşam saat 20:00-a kimi şəhərin Parlament meydanı, Trafalqar meydanı, Kovent bağı, Kensinqton məhkəməsi və Çeniston Bağları marşrutu üzrə hərəkət edib.