...

Moldovadakı soydaşlarımız Vətən müharibəsi şəhidlərini anıblar

28.09.2021

Moldova Azərbaycanlıları Konqresinin üzvləri 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi yad ediblər.

Azərbaycanın Moldovadakı səfirliyi önündə toplaşan soydaşlarımız şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, anım güşəsinin önünə güllər düzüblər. Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun ədalətin bərpa olunması naminə böyük hünər göstərdiyini, xalqımıza inanılmaz sevinc və qürur hissi yaşatdığını bildiriblər. Qeyd edilib ki, öz şücaəti ilə dünyanın hərb tarixinə adını yazan əsgər və zabitlərimizin fədakarlığı heç bir zaman unudulmayacaq, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.