Primorsk vilayətində Anım Günü qeyd edilib
Rusiyanın Primorsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Dostluq” ictimai təşkilatının və Rusiya Yazıçılar Birliyinin Primorsk şöbəsinin birgə təşəbbüsü ilə 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə RYB katibi və Primorsk şöbəsinin sədri Aleksandr Tkaçuk, “Literaturnıy Vladivostok” almanaxının baş redaktoru, qanunvericilik məclisinin deputatı Raisa Moroz, “Dostluq” ictimai təşkilatının sədri Ramiz Zeynalov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbəni ədalətin zəfər çalması və “Dəmir Yumruğ”un gücünün bütün dünyaya nümayiş etdirilməsi kimi qiymətləndiriblər.