...

İstanbuldakı Mübariz İbrahimov adına məktəbin şagirdləri qazilərimizi ziyarət ediblər

28.09.2021

27 sentyabr – Anım Günündə İstanbuldakı Mübariz İbrahimov adına məktəbin şagirdləri Bağcılar Eğitim və Araşdırma Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Görüş İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin və Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimov adına məktəbin təşəbbüsü ilə baş tutub. Soydaşlarımız və müəllim-şagird heyəti Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış qazilərimizə şəfa diləyiblər, şəhidlərimizi ehtiramla yad ediblər. Onların göstərdikləri şücaət və qəhrəmanlığın Azərbaycan gəncləri üçün örnək olduğunu bildiriblər.

Məktəbin direktoru Məhsəti Şərif Özyürek və dərnəyin sədri Aygun Həsənoğlu qazilərimizin Vətən sevgisini şagirdlərə nümunə göstəriblər. “Anım Günündə şagirdlərimizi tarix yazan igidlərlə tanış etmək istədik. Onlar bizə Zəfəri yaşadıblar. Allah qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin", - deyə M.Ş.Özyürek vurğulayıb.