...

Azərbaycan musiqisinə ağır itki üz verib

27.09.2021

Azərbaycan bəstəkarlıq sənətinin tanınmış nümayəndəsi, Kanadada yaşayan Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında dünyasını dəyişib.

Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. O, “Bilirsən özün”, “Oyan”, “Taleyim olar”, “Görüşə gəl”, “Çiçək açar ömrümüz”, “Ana laylası”, “İncitmə məni”, “El üçün”, “Özünlə apar”, “Ceyran baxışlı yar”, “Bənövşə”, “Salam olsun”, “Ey vətən”, “Yurd yeri” və s. mahnıların müəllifidir.

Diasporla İş üzrə Dövlət Komitəsi tanınmış bəstəkarın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.