...

Yöteborq şəhərində anım mərasimi keçirilib

26.09.2021

İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının, İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Sltottsskogen parkında gerçəkləşdirilən aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb, həzin musiqi səsləndirilib.

80 nəfərə yaxın soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdə çıxış edən diaspor üzvləri Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduqlarını, onların Vətənə şanlı xidmətlərinin heç bir zaman unudulmayacağını bildiriblər.