Sidney şəhərində Anım Gününə hərs olunmuş aksiya təşkil edilib
Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) təşkilatçılığı ilə Sidney şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.
Sidneyin mərkəzində baş tutan aksiyada Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqlarının dalğalandırıldığı guşədə Azərbaycan əsgərinin qəhrəmanlığını, Ermənistanın işğalını əks etdirən fotolar, plakatlar və şüarlar nümayiş etdirilib, “Azərbaycan” sözünü təsvir edən şamlar yandırılıb, güllər düzülüb.
Qeyd edək ki, sərt pandemiya məhdudiyyətləri səbəbindən aksiyada yalnız AAA sədri Mikayıl Oytanın və Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və insan haqları departamentinin müdiri Sara Azərsunun iştirak etməsi qərara alınıb.