...

Niderland və Belçikadakı azərbaycanlıların Anım və Zəfər günlərinə hazırlıq prosesi müzakirə edilib

24.09.2021

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının onlayn formatda növbəti toplantısı keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Elşad Əliyev, DİDK əməkdaşları, Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiriciləri Mayisə Ağamirzəyeva, Şamil Mustafayev, İlkanə Yusifova, Belçika üzrə əlaqələndiricisi İlkin Hüseynzadə və üzvləri iştirak ediblər.

Görüş zamanı aktual məsələlərlə yanaşı, qarşıdan gələn 27 sentyabr – Anım Günü və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkil edəcəyi tədbirlərə hazırlıq prosesi müzakirə olunub.