...

Omanda yaşayan azyaşlı futbolçumuz mükafata layiq görülüb

21.09.2021

Omanın paytaxtı Maskat şəhərində yaşayan, “əl-Həbsi Futbol Akademiyası”nın azyaşlı müdavimi Emin Əmirbəyli məşhur futbolçu Əli əl-Həbsi tərəfindən mükafatla təltif edilib.

Bu mükafata Emin də daxil olmaqla 200 oyunçudan yalnız 20 nəfəri layiq görülüb. Son illər futbol yarışlarında uğurla oynayan Emin fiziki göstəriciləri və bacarığı ilə məşqçilərin diqqətini cəlb edib.

Qeyd edək ki, valideynlərinin işi ilə əlaqədar 2 yaşından Omana köçən soydaşımız 5 yaşından “əl-Həbsi Futbol Akademiyası”nda futbolun sirlərini öyrənir. İngilis və ərəb dilində təhsil alan Emin bu akademiyada çıxış edən ilk və yeganə azərbaycanlıdır. Ailəsi onu vətənpərvərlik duyğuları ilə yetişdirib. Vətəndən uzaqda yaşasa da, Azərbaycanı və üçrəngli bayrağımızı çox sevir.