...

Azərbaycan musiqisinə ağır itki üz verib

14.09.2021

Tanınmış azərbaycanlı ifaçı Yaqub Zurufçu dünyasını dəyişib. Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub, Tehran Universitetinin İqtisad fakültəsində təhsil alıb, eyni zamanda musiqi fəaliyyəti ilə məşğul olub. Yaqub Zurufçu uzun illər Azərbaycan musiqisini dünyada layiqincə təmsil edib.

Sənətkar 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsi böyük sənətkarın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!