...

Belçikadakı Azərbaycan Evinin fəaliyyət istiqamətləri müzakirə edilib

08.09.2021

Belçikadakı Azərbaycan Evinin gələcək fəaliyyət istiqamətlərinə həsr olunmuş ilk toplantı keçirilib.

Toplantıda Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi İlkin Hüseynzadə və Belçika Azərbaycanlıları Federasiyasının idarə heyətinin üzvləri iştirak ediblər. İlkin Hüseynzadə soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiya olunmasını təmin etmək məqsədilə Azərbaycan Evinin vahid mərkəzə çevrilməsi ideyası, bu ideyanın həyata keçirilməsi yolları, nəzərdə tutulmuş tədbirlər planı barədə məlumat verib. Toplantıda yeni yol xəritəsinin hazırlanması, azərbaycanlı icmasının Belçikadakı siyasi institutlar, inzibati mərkəzlərlə əməkdaşlıq etməsi və bu istiqamətdə ardıcıl və sistemli işin aparılmasının önəmi bardə fikir mübadiləsi aparıblar, sadalanan məsələlərlə bağlı təkliflər səsləndirilib.