Yunanıstan mediasında Heydər Əliyev Mərkəzindən bəhs edilib
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə https://www.karfitsa.gr xəbər portalında “Heydər Əliyev Mərkəzi” sərlövhəli məqalə yayımlanıb.
Cəmiyyətin və onun sədri Rəşid Məmmədovun müəllifi olduğu məqalədə Heydər Əliyev Mərkəzi dünya memarlığının şah əsərlərindən biri və müasir Bakının memarlıq abidəsi adlandırılıb. Müəlliflər mərkəzin yaranma tarixi, xüsusiyyətləri və dizayn incəlikləri barədə ətraflı məlumat veriblər. “Binanın ümumi forması yerdən göyə yüksələn, sonra isə tədricən enən dalğanı xatırladır. Bu, təkcə postmodern memarlığına ehtiram deyil, həm də əbədi dövrün təsviridir. Binadakı xətlər keçmişlə çağdaş dövrü birləşdirir”.
Qeyd edilib ki, Heydər Əliyev Mərkəzinin xarici görünüşü və interyeri ahəngdarlıq təşkil edir və cinsindən, irqindən, mənşəyindən asılı olmayaraq, ümumi ideyalar ətrafında birləşən insanların hər birinin üzünə açıqdır.
Məqaləni daha ətraflı şəkildə aşaıdakı linkdən oxumaq mümkündür:
https://www.karfitsa.gr/syllogos-ellino-azerikis-filias-qala-to-kentro-heydar-aliyev/